İtaliya və Fransadan - Azərbaycan millisinin oyunlarına təyinat

28 Avqust 2022 03:10 Qadın futbolu 449
İtaliya və Fransadan - Azərbaycan millisinin oyunlarına təyinat

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Malta və Bosniya və Herseqovina millisinə qarşı keçirəcək oyunları idarə edəcək hakimlər müəyyənləşib.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 2-də Ta`Qali şəhərindəki Mərkəzi stadionda keçiriləcək Malta – Azərbaycan oyununu İtaliyadan, sentyabrın 6-da “Dalğa Arena”da təşkil olunacaq Azərbaycan – Bosniya və Herseqovina qarşılaşmasını isə Fransadan olan hakimlər briqadası idarə edəcək:

Malta – Azərbaycan

2 sentyabr. Ta`Qali. Mərkəzi stadion. Saat 21:30
Baş hakim: Silvia Gasperotti
Baş hakimin köməkçiləri: Veronica Martinelli, Veronica Vettorel
Dördüncü hakim: Anna Frazza
(Hakimlər briqadası İtaliyadandır)

Azərbaycan – Bosniya və Herseqovina

6 sentyabr. “Dalğa Arena”. Saat 20:00
Baş hakim: Maika Vanderstichel
Baş hakimin köməkçiləri: Solenne Bartnik, Clothilde Brassard
​Dördüncü hakim: Savina Elbour
(Hakimlər briqadası Fransadandır)

Digər Xəbərlər
Xəbər Lenti