O, dünyada ilk qadın futbolçudur ki… VİDEO

20 İyul 2022 18:40 Qadın futbolu 688
O, dünyada ilk qadın futbolçudur ki… VİDEO

“EA Sports” FİFA-23 video oyununun yeni buraxılışının üz qabığını təqdim edib.

Sportinfo.az xəbər verir ki, buraxılışın üz qabığında “Çelsi”nin avstraliyalı hücumçusu Samanta Kerr və PSJ-nin futbolçusu Kilian Mbappenin şəkilləri yer alıb. Kerr FİFA-nın üz qabığına çıxan ilk qadın olub.

Samantanın 28 yaşı var. Avstraliyanın Frimantl şəhərində anadan olub. Futbolçu karyerasının böyük hissəsini vətənində və ABŞ-da keçirib.

2019-cu ildə “Çelsi” ilə illik 600.000 dollara müqavilə bağlayıb. 2021-ci ilin payızında klub ona müqaviləni 2024-cü ilə qədər uzatmağı təklif edib.

Samanta keçən mövsüm İngiltərə qadınlar Super Liqasında 20 qol vurub və ardıcıl ikinci dəfə liqanın bombardiri olub.

O, “Çelsi”də üçüncü çempionluğunu qazandı. Onun İngiltərə kubokunun finalındakı qolu London klubuna “Mançester Siti” üzərində qələbə qazandırdı.

İngiltərə Peşəkar Futbol Assosiasiyası Kerrini ilin ən yaxşı qadın futbolçusu seçib.

İngiltərə kubokunun final qarşılaşmasından fraqmentləri təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti