Hər bir məşqçinin işlədiyi yaş qrupundan istəkləri var. Ancaq vacib bir məsələ unudulur - nə öyrətmişik ki, nə də istəyirik?
«Araz-Naxçıvan»ın Futbol Akademiyasının baş koordinatoru Sakit Rzayev bununla bağlı Sportinfo.az-a maraqlı fikirlər söyləyib.
Onun bildirdiyinə görə, təhsil bu məsələnin müsbət həllinin mərkəzində dayanır, çünki hər şey öyrənmə və Öyrətmə prosesindən asılıdır:
«Bir elmi öyrənmək üçün plan-proqram və mövzular var ki öyrənən müəllimlər öyrəndiklərini gələcək nəsillərə çatdırmaq məqsədilə üçün mövzuları öyrənmə və öyrətmə proqramı vasitəsilə yaş qruplarına görə uşaqlara çatdırsınlar».
Futbol da bir elmdir. Həm də bir çox elmləri özündə cəmləşdirən bir elm. Futbolda da öyərnmək-öyrətmək prosesi təməl mövzulardan biridir.
Bunun üçün bizə oyunçunun talantını üzə çıxaracaq və bacarıqlarını bilincli şəkildə inkişaf etdirəcək məşqçilər lazımdır:
«Yaxşı pedaqoq-məşqçi öyrədiləcək mövzuları uşaqların inkişaf psixologiyasına və öyrənmə mərhələlərinə görə təyin etməyi biləndir.
Uşaqları futbola deyil, futbolu uşaqlara görə uyğunlaşdırmaq lazımdır. Düzgün infrastrukturlu təhsilin təməlində bu anlayış dayanır.
Müassir futbolun tələblərini aşağı yaş qruplarından başlayaraq aşılmaq və dəyişən hər bir proses və yenilikləri uşaqları inkişafa aparacaq öyrətmə metotları ilə tətbiq etmək lazımdır.
Bu elmin içində uşaq-gənc futbolçuların inkişafı üçün yaş qruplarına görə onlarla mövzular, planlar və iş prinsibləri var. Amma uşaq futbolunda bir çox komandalar var ki, məşqçiləri məşqə proqramsız və mövzusuz çıxır.
Məşqlər proqramsız və mövzusuz olduğu üçün futbolçuya heçbir şey öyrətmirlər. Mövzu olsa belə, istiqamət şərtdir -
Amma harada, nə vaxt, necə? Həmin məşqçilər bu bölümlər xəbərsizdir. 10-14 yaş (5 yaş) qrupuna bir yerdə məşqlər verirlər. Y
enə də zərəri futbolçular və ölkə futbolu çəkir. Bəzən 16-17 yaş qrupları üzrə futbolçulara verilən taktiki məşqlər 12 yaşlılara verilər.
Texnika, takika, sürət, koordinasiya, fərdi və qrup şəklində taktika, müdafiə davranışının, müdafiə və hücuma keçidin nə olduğunu bilməyən, hücum vaxtı oyunu istiqamətini dəyişdirməyin, birə-bir oyunun, topsuz qaçışların necə və nə cür həyata keçirildiyini və.s bilməyən yüzlərlə futbolçular tanıyıram.
Sadaladığım bu keyfiyyətlərin məşqlərdə oyun formasında futbolçulara aşılamaq, bu keyfiyyətlərin oyun vaxtı nə qədər vacib olduğunu başa salmaq lazımdır.
Bu keyfiyyətləri yaş qruplarına uşaqların bacarığı nisbətində vermək və o nisbətdədə istəmək mütləqdir.
Amma heç bir şey öyrətmədən uşaqdan 18-20 yaşlılar nisbətində oyun tələb etmək o futbolçunun özünəinamı və bacarıqsızlığını aşılamaqdan başqa bir şey deyil.
Uşaq futbolunda yaş qruplarına görə futbolla bağlı mövzular haqqında hansı mövzuları bilməli, hansı mövzular haqqında fikir formalaşdırmağı dəqiqləşdirmək və uşaqlara bildirmək lazımdır.
Bir çox məşqçilər məşqi kənarda dayanıb izləyir. Balaca zonada oyunun uşaq futbolunda faydasnı eşidib, bu səpgidə məşq verir, amma heç bir qayda yox, məqsəd yox, hədəf yox.
Sadəcə, kortəbii bir oyun. Nə məşq verəcəyini bilməyən məşqçi nə haqla oyunda uşaqdan düşüncələrini (məşqçinin) həyata keçirməsini istəyir?
Bir komanda məşqçiləri qədər yaxşı ola bilər. Uşaq futbolunda alınan nəticələr yanıltıcıdır.
Oyundakı kimi məşq prosesini planlaya bilməyən məşqçilərin oyunda yalnız uşaqlara çığırıb-bağırmaqla öz istəklərini həyata keçirmək adına uşaqların sərbəst və müstəqil qərar qəbul etməsini əngəlləyən robotlaşmış bir oyun oynayan futbol çağındayıq.
Müstəqil və sərbəst qərar qəbul etməyi əngəlləmədən, robotlaşdırmadan, müasir futbolda olması lazım olanları nəzərə alaraq verilən futbol təhsilinə ehtiyacımız var.
Elmi əsaslara dayanaraq məqsədli və hədəfi olan məşqlərə və məşqçilərə ehtiyacımız var».
Xanoğlan İmanov
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

