Heç "Barselona" da Mourinyonu belə BİABIR ETMƏMİŞDİ…

23 Oktyabr 2021 18:20 Problem 703
Heç "Barselona" da Mourinyonu belə BİABIR ETMƏMİŞDİ…

Avropa Konfrans Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Norveçin “Bude-Qlimt” komandası ilə oyun “Roma”nın baş məşqçisi Joze Mourinyo üçün antirekordla yadda qalıb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin çalışdırdığı komanda Norveçdə baş tutan bu oyunda 1:6 hesabıyla uduzub.

Mourinyonun rəhbərlik etdiyi bir komanda ilk dəfə qapısından 6 top buraxıb. Buna qədər 58 yaşlı mütəxəssisin ən ağır yenilgisi “Real”ı çalışdırdığı dönəmdə “Barselona” ilə oyunda olub – 0:5.

Mourinyo məşqçilik karyerasına 2002-ci ildə başlayıb. O, bu müddət ərzində “Benfika”, “Uniao de Leyrya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted” və “Tottenhem”i çalışdırıb. Mourinyo baş məşqçi kimi 1008 matçda komandalarının başında olub.

Portuqaliyalı mütəxəssisin ən ağır məğlubiyyətləri:

Roma – Bude-Qlimt 1:6
Real – Barselona 0:5
Mançester Yunayted – Çelsi 0:4
Real – Borussiya (Dortmund) 1:4
Çelsi – Liverpul 1:4

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?