"İmkan vermək olmaz ki, bu adam start heyətində meydana çıxsın”

17 Sentyabr 2021 15:20 Problem 700
"İmkan vermək olmaz ki, bu adam start heyətində meydana çıxsın”

Sportinfo.az xəbər verir ki, “Atletiko”nun hücumçusu Joau Felikis Çempionlar Liqasında “Portu” ilə keçirilən oyundan əvvəl qəribə tələblə üzləşib.

Qarşılaşmadan əvvəl futbolçular isinmə hərəkəti edərkən azarkeşlərdən biri 21 yaşlı portuqaldan tələb edib ki, Antuan Qrizmanı zədələsin:

“Joau, sən onu zədələməlisən. İmkan vermək olmaz ki, bu adam start heyətində meydana çıxsın”.

Hücumçu ona belə cavab verib: “Sən ona böyük hörmət göstərməlisən”.

“Atletiko”nun fanatları Antuanın komandaya qayıtmasını qəbul etmirlər. Onlar fransız futbolçunun “Barsa”ya keçməsini xəyanət hesab edirlər.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"