“Barsa”nın prezidenti sələfini məhkəməyə verəcək - 478 milyonun hesabatını istəyir

10 Sentyabr 2021 12:00 Problem 401
“Barsa”nın prezidenti sələfini məhkəməyə verəcək - 478 milyonun hesabatını istəyir

“Barselona”nın prezidenti Joan Laporta sələfi Xosep Maria Bartomeunun idarəçilyindən olduqca qəzəblidir.

Sportinfo.az xəbər verir ki, Laporta klubdakı ədalətsiz və qeyri-peşəkar idarəçiliyə görə Bartomeunu və onun dövründəki İdarə Heyətini məhkəməyə verməyi planlaşdırır.

O, sabiq idarəçilərdən 478 milyon avroluq borcun hesabatını tələb etmək istəyir. Bu borc günü-gündən artır. Laporto məsələni araşdırmaq üçün vəkil Xosep Ramon Sorni işə götürüb.

Bartomeu ötən ilin payızında uğursuz nəticələr və Messi ilə qalmaqala görə istefaya göndərilib. O, mart ayında həbs də olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti