
Tamerlan Abdullayev de-fakto rəhbəri olduğu «Səbail»in idarəçiliyindən uzaqlaşdırılıb.
Sportinfo.az-ın məlumatına görə, bu barədə qərar klub sponsorlarının son toplanıtısında qəbul edilib.
Səbəb kimi bu yay transferlərə xərclənən vəsaitin yeni mövsüm üçün nəzərdə tutulmuş büdcəni aşması göstərilib.
T.Abdullayev komanda üzvləri ilə görüşərək, bundan sonra heç bir məsələyə qarışmayacağını və istənilən mövzuda qərara təsir etməyəcəyini bildirib.
Bu, əslində, neft şirkətinin prezidentinin qardaşı oğlunun Ramin Həsənova məğlubiyyəti deməkdi. «Səbail»ın yönətimi artıq bir əldə cəmləşdirilir.
Həsənov federasiya tərəfindən «dənizçilər»in icraçı direktoru təyin edilib. Keçmiş inzibatçı-fotoqraf AFFA-dan gələn tapşırıqları yerinə yetirir.