“Qarabağ” sizi əzəcək - Çox böyük pullar qazana bilərik”

16 Avqust 20:20 Qarabağ 417
“Qarabağ” sizi əzəcək - Çox böyük pullar qazana bilərik”

Sportinfo.az xəbər verir ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Macarıstan “Ferentsvaroş”uyla qarşılaşacaq.

Xəbərin azərbaycanlı azarkeşlər tərəfindən müsbət qarşılandığından xəbərdarsız.

Onlar bu komandaların Çempionlar Liqasının 2022/23 mövsümünün 3-cü təsnifat mərhələsi çərçivəsində qarşılaşdığını və “köhlən atlar”ın evdə heç-heçə etdiyini (1:1), səfərdə qələbə qazandığını (3:1) xatırlayaraq qarşıdakı matçlara ümidlə baxır.

Bəs macarıstanlı azarkeşlər bu xəbəri necə qarşılayıb?

Tərəfdarların “Ferentsvaroş”un sosial şəbəkə hesablarında yazdığı bəzi qeydləri təqdim edirik (“football-plus.az”).

İordan Daskalov: “Komandama inana bilmirəm. Hakimlər sayəsində mərhələ adladız. Rəqibin bir qolu sayılmadı, təmiz penaltisi verilmədi. “Qarabağ” sizi əzəcək”.

Tamaş Raszko: “Qarabağ”a qalib gəlmək çətin məsələdi, amma bacarmalıyıq. Döyüş, “Ferentsvaroş”!

Bankuti Zoltan: “Çempionlar Liqasının əsas mərhələsinə getmək çox çətindi. Məncə, alınmayacaq. “Qarabağ”ın heyətində Kadi Borges var. Biz onu layiq olmadığı şəkildə yola salmışdıq”.

Oliver Kaç: “Məncə, evdə 1:0 hesablı qələbə qazanacağıq. Səfərdə isə heç-heçə olacaq”.

Adam Baliçs: “Qarabağ” çox güclüdü. Bizi iki çətin oyun gözləyir. Amma ruhdan düşməyin. Daha çətin rəqib ola bilərdi”.

Karoli Fiçsko: “Çox ciddi şansdı. Çox böyük pullar qazana bilərik. “Qarabağ”ı keçmək asan olacaq”.

Andres Papdi: “Qarabağ” “Ludoqorets”lə eyni səviyyədədi, qələbə bizimdi!”

Mark Heqyi: “Sadə formul: hər iki oyunda qələbə qazan və Çempionlar Liqasına yollan! Azərbaycan komandasına qalib gələ bilmirsənsə, deməli, Çempionlar Liqasına layiq deyilsən”

Norbert Qerençser: “Qarabağ”ın “Şkendiya” ilə oyunlarını izlədim. 5 qol vurdular, amma yenə hücum edirdilər. Bizi çox çətin iki oyun gözləyir”.

Pal Hanzeli: “Qarabağ” bizi bir dəfə məyus edib. İndi qisas vaxtıdı. Bacara bilərik. Qat-qat güclü Zaqreb “Dinamo”sundan intiqam almışıqsa, “Qarabağ”ı da devirə bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 18:10 Çək və bizə göndər!
16 Avqust 17:20 "Sumqayıt"ın kapitanları
16 Avqust 09:40 Liqanın KARVANSARAYı
15 Avqust 22:20 Bolqar dərsi...