Klublar kömək istədi, baş katib onların dadına yetişdi

16 Avqust 2025 15:00 Azərbaycan Futbolu 1 129
Klublar kömək istədi, baş katib onların dadına yetişdi

AFFA I Liqa və II Liqa klublarına güzəştə gedib.

Federasiya onun balansında olan stadionlardan istifadə edən aşağı liqaların təmsilçilərinin müraciətini müsbət cavablandırıb.

İş ondadır ki, qurum yaxınlarda qiymətləndirmə məsələsinə baxıb və arenalardan yararlanma haqqını artırmışdı.

Bir çempionat oyunu üçün tələb olunan rəqəm 3000 manata qaldırılmışdı. Gündəlik məşqlər üçün ödəmələr isə hazırlıq prosesinin müddətindən asılı olaraq 700-1000 manata qədər dəyişirdi.

Klub nümayəndələri bununla əlaqədar AFFA-da müxtəlif səviyyələrdə görüşlər keçirib, qiymətlərin aşağı salınmasını xahiş eləyib.

Problemin həlli isə baş katibin sayəsində mümkün olub. Cahangir Fərəcullayevin göstərişi I və II Liqa mənsublarının ürəyinə su səpib.

Federasiya qiymətləri yarıbayarı aşağı salıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...