Premyer Liqadan imtina etdi - Ailəsinə və 6000 manata görə

16 Avqust 22:20 Qəbələ 433
Premyer Liqadan imtina etdi - Ailəsinə və 6000 manata görə

Premyer Liqaya ayrılan “Qəbələ”də gözlənilməz ayrılıq yaşanıb.

Ötən mövsüm I Liqada mübarizə aparan komandanın əsas simalarından olan Ürfan İsmayılov baş məşqçi Kaxaber Tsxadadzenin elita planlarına daxil idi.

Elə buna görə də yarımmüdafiəçi bir aylıq hazırlıq dönəmini bölgə təmsilçisinin düşərgəsində keçirmişdi.

Lakin bir anda İsmayılov “Qəbələ”dən ayrılmaq qərarına gəldi.

Səbəbkarın məlum addımı atmasının arxasında ailə vəziyyəti dayanır.

Geridə qalan 1 ildə ailəsindən uzaq düşən Urfan karyerasını paytaxt klublarının birində davam etdirmək və ailəsinə yaxın olmaq istəyində olub. Təklifləri gözdən keçirib və uyğun variantı axtarıb. Yekunda tapıb.

29 yaşlı futbolçu bundan sonra I Liqa təmsilçisi “Şəfa”nın formasını geyinəcək. Bakı klubu onunla 1+1 şərti ilə anlaşıb. İsmayılov bu müddətdə 6000 manat əməkhaqqı alacaq.

O, ötən mövsüm “qırmızı-qaralar”ın heyətində meydana çıxdığı 27 oyunda 1 qol vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 18:10 Çək və bizə göndər!
16 Avqust 17:20 "Sumqayıt"ın kapitanları
16 Avqust 09:40 Liqanın KARVANSARAYı
15 Avqust 22:20 Bolqar dərsi...