Azərbaycan Premyer Liqasında son 5... BİR DAHA

12 Aprel 2021 20:40 Premyerliqa 919
Azərbaycan Premyer Liqasında son 5...  BİR DAHA

Azərbaycan Premyer Liqasının XXII turunun 4 oyunundan 3-də heç-heçə qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, yalnız cari tur “Qarabağ” “Sumqayıt”ı 4:1 hesabı ilə üstələyib.

“Zirə” – “Keşlə” və “Səbail” – “Sabah” oyunlarında hesab açılmayıbsa, “Qəbələ” – “Neftçi” görüşündə 4 qol vurulub – 2:2.

Dörd matçda üç heç-heçənin qeydə alınması 8 komandanın mübarizə apardığı son 5 mövsümün rekordunun təkrarıdır.

Bu müddətdə 9-cu dəfə belə hadisə yaşanır. Cari mövsümdə isə ikinci dəfə 3 heç-heçəyə təsadüf olunub. İlk belə hal XI turda gerçəkləşmişdi.

Digər Xəbərlər
Xəbər Lenti