COP29

“Mən ət istəyirəm! Bəs niyə nəyisə dəyişməliyəm?” - Şikayətləndi

12 Avqust 01:30 Paris-2024 326
“Mən ət istəyirəm! Bəs niyə nəyisə dəyişməliyəm?” - Şikayətləndi

Üzgüçülük üzrə üçqat olimpiya çempionu Adam Piti Parisdə keçirilən Olimpiya Oyunlarında idmançılara verilən yeməklərin keyfiyyətindən şikayətlənib.

Sportinfo.az xəbər verir ki, bu barədə ​“iNews” məlumat yayıb.

29 yaşlı britaniyalının sözlərinə görə, idmançılar Olimpiya kəndindəki restoranlarda onlara verilən balıqlarda qurd tapırlar.

“Burada qidalanma idmançıların çıxış etməli olduğu səviyyədə deyil. Bacardığımız hər şeyi göstərməyə borcluyuq.

Tokioda yeməklər heyrətamiz, Rioda isə inanılmaz idi, amma bu dəfə...

Növbə sistemi olmadığından yemək üçün 30 dəqiqə gözləməli oluruq.

Mən ət istəyirəm, mübarizə aparmaq üçün mənə bu lazımdır. Evdə də belə qidalanıram.

Bəs niyə mən nəyisə dəyişməliyəm? Mən də balığı sevirəm, amma idmançılar onun içində qurd tapırlar.

Bu, yaxşı hal deyil. Mən sadəcə insanların öz işlərində daha yaxşı olmasını istəyirəm”, - Adam Piti deyib.

Bundan əvvəl də Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iştirak edən idmançılar narazılıqlar ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 21:00 Tualet olayına REAKSİYA
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
12 Sentyabr 11:20 Bir-bir…
12 Sentyabr 05:30 Uill Smit Azərbaycanda!