
Parisin meri Ann Hidalqo etiraf edib ki, şəhər 2024-cü il Olimpiya Oyunlarını qəbul etməyə tam hazır deyil.
Sportinfo.az xəbər verir ki, onun sözlərini “BFM” nəşri yayıb.
Merin sözlərinə görə, şəhər sakinləri müəyyən problemlərin olduğunu bilməlidirlər:
“Hələ bütün problemlər həll olunmayıb. Biz insanlara yalan danışmamalıyıq. Hər gün insanlar nəqliyyatda problem yaşayırsa, mən deyə bilmərəm ki, hər şey yaxşıdır və heç bir problem yoxdur”.