COP29

Istanbul nəhənginin hansı futbolçuları "Neftçi"nin transfer siyahasında yer aldı?

22 İyun 16:20 Neftçi 3 460
Istanbul nəhənginin hansı futbolçuları "Neftçi"nin transfer siyahasında yer aldı?

"Neftçi" yeni mövsüm üçün heyətini formalaşdırmaq istiqamətində fəaliyyətə start verib.

Sportinfo.az xəbər verir ki, Bakı klubu "Beşiktaş"ın iki futbolçusunun xidmətində maraqlıdır.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Neftçi" Emrecan Uzunhan və Aydın Hasiçi heyətinə qatmaq istəyir. Qarşıdakı günlərdə bu məsələ ilə bağlı irəliləyiş əldə olunacağı bildirilir.

"Beşiktaş" Aydın Hasiçi 2020-ci ilin yanvar ayında Zaqreb "Dinamo"sundan transfer edib. 22 yaşlı vinger ötən mövsüm icarə əsasında Bosniya və Herseqovinanın "Sarayevo" klubunda çıxış edib.

Bosniyalı oyunçu komandanın heyətində meydana çıxdığı 33 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Emrecan Uzunhan isə 2022-ci ilin yayında "İstanbulspor"dan "Beşiktaş"a keçib. 23 yaşlı mərkəz müdafiəçisi başa çatan mövsümdə Super Liqada bir oyunda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti