Dohoda meydana çıxdı - “Neftçi”nin yarımmüdafiəçisi

7 İyun 2024 01:20 Neftçi 1 308
Dohoda meydana çıxdı - “Neftçi”nin yarımmüdafiəçisi

“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin yığmasında növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində Livana qarşı keçirilən oyunda iştirak edib.

Meydana start heyətində çıxan Caber 90 dəqiqə meydanda olub.

Qətərin paytaxtı Dohada keçirilən görüş 0:0 hesabı ilə yekunlaşıb.

Hazırda Fələstin yığması 8 xalla İ qrupunda 2-ci pillədə qərarlaşıb. Son turun nəticəsindən asılı olmayaraq Caberin komandası qrup ikincisi kimi növbəti mərhələyə vəsiqəni təmin edib.

Avstraliya millisi 15 xalla qrupda birinci, Livan 3 xalla üçüncü, Banqladeş isə 1 xalla dördüncüdür.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?