Türkiyə klubu “Neftçi”dən 750 min dollar tələb edir - Bu transfer üçün

26 İyul 2024 09:20 Neftçi 6 038
Türkiyə klubu “Neftçi”dən 750 min dollar tələb edir - Bu transfer üçün

"Neftçi" Ataa Caber və Eddi İsrafilovun gedişindən sonra yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir.

"Ağ-qaralar" "Trabzonspor"un futbolçusu Murat Cem Akpınarı heyətinə qatmaq istəyirlər.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı orta xətt oyunçusuna görə Türkiyə klubuna 500 min dollar təzminat ödəməyə hazırdır.

Akpınar "Trabzonspor"un baş məşqçisi Abullah Avcının yeni mövsümlə bağlı planlarına daxil deyil.

Buna baxmayaraq, "bordo-mavilər" futbolçunun satışından daha yüksək məbləğ qazanmağı düşünürlər. Qaradəniz təmsilçisi 750 min dollar tələb edir.

"Neftçi" vaxtilə U-17 millimizdə də çıxış edən yarımmüdafiəçini transfer etsə, xidmətindən yerli oyunçu kimi istifadə edəcək. Bu da Bakı klubunun ona olan marağını artırır.

Amma Türkiyə 1-ci təmsilçiləri "Kocaelispor", "Sakaryaspor" və "Bandırmaspor" da futbolçunu "rənglərinə bağlamaq" istəyirlər. Məsələyə yaxın vaxtda aydınlıq gələcəyi bildirilir.

Murat Cem Akpınarın "Trabzonspor"la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

O, ötən mövsümü 1-ci Liqada çıxış edən "Sakaryaspor"da icarə əsasında keçirib, 29 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti