“Neftçi” ölkə futbolu adına 500 manatlıq ilk gerçəkləşdirdi - VİDEO+FOTOLAR

10 Fevral 18:00 Neftçi 1 424
“Neftçi” ölkə futbolu adına 500 manatlıq ilk gerçəkləşdirdi - VİDEO+FOTOLAR

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Neftçi” – “Sumqayıt” matçı (1:1) “ağ-qaralar”ın yarımfinala vəsiqə qazanması ilə yanaşı, Azərbaycan futbolu tarixində ilkə imza atması ilə də əlamətdar oldu.

Klub “Top səndə” layihəsinə pilot çərçivədə start verməklə qadda qaldı.

“Neftçi”nin qolunun müəllifi Filip Ozobiç oldu.

Təcrübəli yarımmüdafiəçi rəqib qapısından keçirdiyi topu oyundan sonra imzalayıb. İmzalı top klubun stadionda yerləşən fan mağazasında satışa çıxarılıb və dərhal 500 manata satılıb.

Satışdan əldə olunan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti