Yaponiya futbolunun əfsanələrindən hesab olunan Keysuke Honda aktiv futbolçu karyerasını bərpa edib.
Sportinfo.az xəbər verir ki, “Neftçi”nin heyətində Azərbaycan çempionu olan Honda Butanda oynayacaq.
O, “Paro” ilə anlaşıb. Honda Butan təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Keysuke Honda 2021-ci ildə 3 ay “Neftçi”nin uğurları üçün çalışıb, bu komanda ilə Azərbaycan çempionu olub.
38 yaşlı futbolçu “Venlo”, ÇSKA(Moskva), “Milan”, “Paçuka”, “Vitess”, “Botafoqo”, “Neftçi”, “Suduva” komandalarında oynayıb.
Bu komandanın üzvlərindən biri də “Zirə” və “Sumqayıt”ın keçmiş hücumçusu Riçard Qadzedir.