UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb.
Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Çexiyada yerli "Slaviya" və Belçikanın "Yunion" komandaları arasında keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında UEFA nümayəndəsi olacaq.
Avqustun 7-də Praqa şəhərində yerləşən “Eden Arena”da keçiriləcək oyunu almaniyalı baş hakim Tobias Stieler idarə edəcək.
Orxan Hüseynzadə 2017-2018-ci illərdə "Neftçi"nin prezidenti olub.