COP29

"Neftçi"dən verilən MÜHÜM AÇIQLAMA - Baş məşqçi ilə bağlı

21 May 13:00 Neftçi 4 468
"Neftçi"dən verilən MÜHÜM AÇIQLAMA - Baş məşqçi ilə bağlı

"Neftçi"də baş məşqçi Miodraq Bojoviçin taleyinə Azərbaycan Premyer Liqasının sonuncu oyunundan sonra aydınlıq gələcək.

Bu barədə "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.

"Hazırda klub olaraq "Sabah"la oyuna köklənmişik. Bizi, sadəcə, həmin matç düşündürür.

Bu qarşılaşma bitəndən sonra suallara aydınlıq gələcək. Bütün məsələlər haqqında mətbuata açıqlama veriləcək", - deyə paytaxt təmsilçisindən bildirilib.

Monteneqrolu baş məşqçinin təyinatı zamanı "Neftçi"nin icraçı direktoru Fərrux Mahmudov hədəfin ölkə kubokunu qazanmaq və çempionatda minimum ikinci yeri tutmaq olduğunu söyləyib.

"Ağ-qaralar" Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ"a uduzub - 0:4, 1:4.

Premyer Liqanın XXXVI turunda "Neftçi" - "Sabah" matçı mayın 25-də, saat 19:00-da start götürəcək. Ev sahibləri hazırda 56 xalla ikinci, qonaqlar 55 xalla dördüncü pillədə qərarlaşıb.

Sonuncu turun "Zirə" - "Səbail" və "Sumqayıt" - "Qəbələ" görüşləri də avrokuboklara vəsiqə baxımından önəmli olacaq. Həmin oyunlar da eyni saata təyin edilib.

«Neftçi»dən verilən rəsmi açıqlama birmənalı anlaşılmalıdır: avrokuboklara vəsiqə əldə edilməsə, Bojoviç burada saxlanılmayacaq.

Əks olsa, necə? Onunla «davam» qərarının alınması ehtimalı yenə də azdır.

Bu, Müşahidə Şurasının verəcəyi qərardır. Onun sədri postu isə 2 aya yaxındır boşdur.

Rövşən Nəcəfin aprelin 2-də AFFA-nın prezidenti seçilməsindən sonra paytaxt klubunda rəhbər boşluğu yaranıb və böyük ehtimalla, bu qeyri-məyyənlik iyunun ilk günlərinədək davam edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!