
“Neftçi”nin U-15 komandasının qapıçısı Nurəziz Əzizov bir neçə günlük müalicə prosesindən sonra evə buraxılacaq.
Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, AFFA U-15 Liqasının XV turunda “Ulduz Mingəçevir”lə keçirilən oyunda zədələnən kiper hazırda özünü yaxşı hiss edir.
“Ağ-qaralar”ın həkimi Şaiq Zöhrablı əməliyyat keçirən qolkiperin vəziyyətinin stabil orta olduğunu sözlərinə əlavə edib.
“Ulduz Mingəçevir” - “Neftçi” görüşünün 37-ci dəqiqəsində cərimə meydançası daxilində rəqibin hücumçusu ilə toqquşaraq qarın boşluğundan zərbə alan Nurəziz Əzizovun dalağı partlayıb.