"Neftçi"də rəhbər şəxsdən çempionluq sözləri - VİDEO

20 İyul 2024 09:40 Neftçi 2 894
"Neftçi"də rəhbər şəxsdən çempionluq sözləri - VİDEO

AFFA U-16 Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.

“ASCO Arena”da keçirilən final qarşılaşmasında “Neftçi” və “Qarabağ” üz-üzə gəlib.

Rəqibini 2:1 hesabı ilə məğlub edən “Neftçi” çempion olub. “Qarabağ” isə gümüş medallara yiyələnib.

Matçdan sonra “ağ-qaralar“ın futbol akademiyasının baş koordinatoru Cemal Bülbül kollektiv önündə çıxış edib.

Məşqçi və futbolçuları öz ətrafına toplayan türkiyəli funksioner maraqlı fikirlər söyləyib. O, bu nəticənin təsadüfi olmadığını deyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?