
Yaxınlarda «Neftçi»də işə başlayan Roman Qriqorçuk kollektivlə tanışlıq mərhələsini arxada qoyub.
Ukraynalı çalışdırıcı düşərgədə yer alan futbolçular barədə raport hazırlayıb.
Təcrübəli mütəxəssis klub funksonerləri ildə görüşündə də düşüncələrini açıq şəkildə söyləyib. Bildirib ki, komandanın ortalama yaş həddi 30-dən yüksəkdir.
O, bundan rahat olduğunu, özündən əvvəl burada çalışan həmkarlarının düzgün istiqamət götürmədiyini deyib.
Bakılılarla 2 illik müqavilə bağlamış sükançı Adrian Mutu və Miodraq Bojoviçin transfer siyasətini kəskin tənqid edib, «onlar «Neftçi»ni «təqaüdçülər» komandasına döndərib» ifadəsini işlədib.
SPORTİNFO.AZ