Ramil Şeydayevi “Neftçi”yə gətirmək üçün çox israr etdi, arzusuna çatdı

16 İyul 2024 13:20 Neftçi 2 229
Ramil Şeydayevi “Neftçi”yə gətirmək üçün çox israr etdi, arzusuna çatdı

“Neftçi” yeni transferini açıqlayıb. Ramil Şeydayevin paytaxt təmsilçisinə keçidi rəsmiləşib.

Azərbaycan millisinin hücumçusu ilə 3 illik müqavilə imzalanıb.

28 yaşlı forvard Bakı klubunun heyətində 90 nömrəli formanı geyinəcək.

R.Şeydayevin son klubu “Kocaelispor” olub. O, Türkiyənin I Liqa təmsilçisindən qarışılqlı razılıq əsasında ayrılıb.

"Neftçi“dən gələn təklif səbəbindən gələn ilin yayında bitəcək sözləşməsinə vaxtından əvvəl xitam verib.

Şeydayevin ağ-qara formanı geyinəcəyi barədə ilk xəbər saytımıza məxsusdur. Onu da bildirək ki, yığmanın üzvünün transferi Roman Qriqorçukun şəcxsi təşəbbüsüdür.

Ukraynalı çalışdırıcı rəhbərliklə görüşündə Ramilin adını bir neçə dəfə çəkib, onu sərəncamında görmək istədiyini israrla bildirib.

Qeyd edib ki, Şeydayev taktiki baxışlarına tamamilə uyğun gəlir və bu keçidin reallaşması üçün istənilən qədər xərc çəkməyə dəyər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti