Avropa klubu "Neftçi"dən yarım milyon avro istədi – SON DƏQİQƏ

28 İyul 2024 12:20 Neftçi 7 281
Avropa klubu "Neftçi"dən yarım milyon avro istədi – SON DƏQİQƏ

İyundan bəri 4 transfer etmiş «Neftçi»nin daha bir legionerlə danışıqlar aparmasını dünən xəbər vermişdik.

Bildirmişdik ki, Mikael İnqebriqtsenin yaxın günlərdə paytaxt təmsilçisinin düşərgəsinə gəlmək ehtimalı var.

Onun 28 yaşı var və vinger mövqeyində çıxış edir. Norveçli ölkəsinin U-15, U-16, U-18, U-19 və U-21 yığmalarının formasını geyinib.

Yerli «Tromse»nin yetirməsi 2014-2017-ci illəri burada keçirib. Daha sonra «Göteborq»a keçib.

2018-ci ildə geri qayıdıb və 3 il yenə «Tromse»nin şərəfini qoruyub. 2022-ci ildən bəri «Odds»un uğurları üçün tər töküb.

Mikaelin «Odds»la hələ 1 illik müqaviləsi mövcuddur. Klubu onu Azərbaycana buraxmaq üçün pul istəyir.

Norveçlilərin ağlından keçən məbləğ də az deyil - 500 min avro. «Neftçi» isə 300 min avro təzminat ödəmək fikrindədir.

Hələlik görüşmələr bu rəqəmlər ətrafında davam edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”