"Neftçi" ispaniyalı müdafiəçini icarəyə götürmək istədi, razılıq vermədi

20 İyul 2024 00:40 Neftçi 2 602
"Neftçi" ispaniyalı müdafiəçini icarəyə götürmək istədi, razılıq vermədi

"Neftçi" yeni mövsüm üçün müdafiə xəttini gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi "Beşiktaş"ın futbolçusu Fransisko Monteronun xidmətində maraqlı olub.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Ağ-qaralar" ispan mərkəz müdafiəçisini icarəyə götürmək üçün İstanbul təmsilçisinə təklif göndərib. Lakin 25 yaşlı oyunçu "Neftçi"yə gəlmək istəməyib.

"Beşiktaş" Fransisko Monteronu 2021-ci ilin sentyabr ayında "Atletiko"dan transfer edib. İspaniya U-21 millisinin sabiq üzvü ötən mövsüm icarə əsasında Portuqaliyanın "Arouka" klubunda oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”