COP29

“Neftçi” rəhbərliyindən ayrılır - SON DƏQİQƏ XƏBƏRİ

28 May 13:00 Neftçi 6 096
“Neftçi” rəhbərliyindən ayrılır - SON DƏQİQƏ XƏBƏRİ

“Neftçi” rəhbərliyində sürpriz ayrılıq gündəmə gəlib.

Ötən ilin yayında klubun baş icraçı direktoru təyin olunan Fərrux Mahmudovun vəzifəsindən getməsi demək olar an məsələsidir.

Müşahidə Şurasının əksər üzvləri onun fəaliyyəti ilə bağlı həmfikirdir.

Klubun qərarverici şəxslər hesab edir ki, Mahmudov 1 il ərzində işlərini fərqli qura, yaxşı nəticələr qazana bilərdi. Fakt isə faktlığına qalır - “ağ-qaralar” ölkə çapında uğursuz mövsüm keçirib, avrokuboklardan kənarda qalıb.

1982-ci ildə anadan olan Fərrux Mahmudov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdi isə Mərkəzi Avropa Universitetinin Biznes Məktəbində biznesin idarə olunması və marketinq üzrə magistr təhsili alıb

F.Mahmudov 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasının icraçı direktorudur. O, həmçinin 2015-ci ildən “ALTÜST Media” MMC-nin təsisçisi və idarəedici direktoru olub.

F.Mahmudov müxtəlif illərdə “Samsung Electronics Caucasus”, “British American Tobacco Azerbaijan”, “Azerfon” MMC və digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Evlidir, 3 övladı var.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"