“Neftçi”nin eks baş məşqçisi qumar oynamaq üçün futbolçulardan borc alırmış?

28 Yanvar 2024 09:25 Neftçi 2 895
“Neftçi”nin eks baş məşqçisi qumar oynamaq üçün futbolçulardan borc alırmış?

Sankt-Peterburq “Zenit”inin keçmiş baş məşqçisi Vlastimil Petrjela qumar oynadığı ilə bağlı iddialara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, vaxtilə “Neftçi”də də çalışmış çexiyalı mütəxəssisi “Zenit”in sabiq futbolçusu Radimov ittiham edib.

Radimov bildirib ki, Petrjelaya kazinoda qumar oynamağa görə borc verib.

“Mən kazinoda oynamaq üçün futbolçulardan borc götürmüşəm? Bu doğru deyil, mən bunu heç vaxt etməmişəm. Məni şəxsən tanıyan hər kəs bilir ki, mənim ancaq futbolçularla peşəkar münasibətim olub.

Radimov şoumendir, o, mənim üzümə heç nə deyə bilməz, onu ciddi qəbul etməyin”, – Petrjelanın sözlərini “RB Sport” sitat gətirib.

Radimov 2003-2008-ci illərdə Sankt-Peterburq “Zenit”ində çıxış edib, Petrjela isə 2003-2006-cı illərdə “ağ-göylər”in baş məşqçisi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti