Dünən «Kocaelispor»la yollarını ayıran Ramil Şeydayevin «Neftçi» ilə neçə illik müqavilə imzalayacağı məlum olub.
Millinin forvardı «ağ-qaralarla 2 illik kontrakt bağlayacaq.
Tərəflər arasında razılaşmaya əsasən, anlaşmanın müddəti sonradan daha 1 il uzadıla bilər.
O, 2024-cü il yanvarın 17-də “Buriram Yunayted“dən (Tailand) “Kocaelispor”a keçib.
Şeydayev karyerası ərzində "Zenit", "Rubin", "Trabzonspor", "Jilina", "Qarabağ", "Krılya Sovetov", "Dinamo"(Moskva), "Sabah" və "Buriram Yunayted"da oynayıb.
2025-ci il iyunun 30-na qədər "Kocaelispor"a məxsus olsa da, ötən gün müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
SPORTİNFO.AZ

