Eddi İsrafilovun “Neftçi”dən istəyi məlum olub.
Paytaxt klubu 2022-ci ilin yanvarından etibarən xidmətindən yararlandığı yarımmüdafiəçiyə yeni müqavilə təklif etsə də, o, hələ bu çağırışa «hə» deməyib.
Yığmamızın üzvü 2+1 illik yeni kontraktın qüvvəyə minməsi üçün mövsmlük 350-400 min dollar civarında qazanc tələbi irəli sürüb. Bu isə onun hazırkı gəliri ilə müqayisədə təqribən iki dəfə çoxdur.
AFFA-nın milliləşdirdiyi legioner Türkiyə və ya Avropanın bir başqa ölkəsində özünü sınamaq istədiyini söyləyib.
32 yaşlı orta sahə oyunçusu 2014-cü ildə yığmamızın sıralarına cəlb olunub. İsrafilov İspaniyada "Real Mursiya", "Ximnastik", "Qranada", "Eybar", "Kordoba" və “Albasete”nin şərəfini qoruyub.
"Nefçi"də 14 nömrəli formanı geyinən Eddinin hazırkı sözləşməsi 2024-cü ilin yayınadək qüvvədədir.
SPORTİNFO.AZ

