«Neftçi»də həftələrdir davam edən durğunluq aradan qalxmaq üzrədir.
Müşahidə Şurasının bir araya gəlməsinə sayılı günlər, bəlkə də sayılı saatlar qalıb.
Paytaxt təmsilçisindən redaksiyamıza daxil olan informasiyaya görə, şuranın ən qısa zamanda toplanmasına dair razılıq əldə edilib. MŞ üzvlərinin bu gün axşam saatlarında, ən pis halda isə sabah-birigün yığışması planlaşdırılıb.
Əslində, şura iyunun ilk günlərində bir araya gəlməli idi. Üzvlərin hərəsinin öz iş qrafiki və başqa işləri olduğundan, toplantı hər dəfə ertələnib.
İndi isə vaxt onları gözləmir. Gündəlikdə yığılıb qalan bir xeyli məsələ var.
Baş icraçı direktorun təyinatından, yeni baş məşqçinin seçilməsindən tutmuş ta növbəti mövsümlə bağlı planlara, strategiyanın müəyyənləşdirilməsinə kimi. Həmçinin şuranın özünə sədr seçmək lazımdır.
SPORTİNFO.AZ

