COP29

"Neftçi"də MÜHÜM GÜN - Yeni sədr təmizləmə işinə kimlərdən başlayacaq?

27 May 15:00 Neftçi 2 978
"Neftçi"də MÜHÜM GÜN - Yeni sədr təmizləmə işinə kimlərdən başlayacaq?

Dünən Miodraq Bojoviçi baş məşqçi postundan göndərən

«Neftçi»də nəfəslər tutub. Avrokuboklardan kənarda qalan paytaxt klubu ciddi islahatlar ərəfəsindədir.

Bu gün Müşahidə Şurası bir araya gələcək.

Şuranın yeni sədrinin kimliyi artıq məlumdur. Saytımız həmin şəxsin kimliyini eksklüziv olaraq ictimaiyyətə açıqlayıb.

Murad Heydərov Rövşən Nəcəfdən boşalan posta gətirilib. Onun iştirakıyla keçiriləcək toplantıda klubun idarəetmə aparatı ilə bağlı mühüm qərarların verilməsi planlaşdırılır.

Məhz bu gün məlum ola bidər ki, hansı funksionerlər işini davam etdirəcək, hansılar vəzifəsi ilə vidalaşacaq. Baş icraçı direktor Fərrux Mahmudov və idman direktoru Yens Anderssonun gələcək aqibətinə də şurada aydınlıq gətiriləcək.

Aprelin 2-də AFFA-nın prezidenti seçilmiş R.Nəcəfi əvəzləyəcək M.Heydərov 2023-cü ilin aprelində SOCAR-ın Bolqarıstanda yeni açılmış ofisinə rəhbər təyin olunub.

“SOCAR Balkan” şirkətinin icraçı direktoru vəzifəsini yerinə yetirən M.Heydərov bir müddət SOCAR-ın prezidenti Rövnəq Abdullayevin müşaviri postunu tutub.

O, həmçinin TAP konsorsiumunun Direktorlar Şurasının sədri işləyib.

«Neftçi»nin yeni patronunun futbola bağlılığı da var. 2016-cı ildə AFFA-nın nəzdində Apellyasiya Arbitraj Tribunalının üzvü kimi fəaliyyət göstərib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"