Seçdiyi yol Bojoviçi "Neftçi"də çox uzağa aparmayacaq

19 Fevral 14:40 Neftçi 1 174
Seçdiyi yol Bojoviçi "Neftçi"də çox uzağa aparmayacaq

Allaha təvəkkül!

«Neftçi» qələbəni yalnız bu cür qazanır.

Cəmi 5 gün sonra Miodraq Bojoviçin baş məşqçi vəzifəsinə təyinatının 2 ayı tamam olacaq. Yanvarın əvvəlində görəvinin başına keçən monteneqrolunun ayın axırınadək vaxtı var.

Razılaşmaya görə, taleyi titul(lar)dan və necə futbol oynatmasından asılıdır.

Kuboku başı üzərinə qaldırsa, yaxud Premyer Liqanın qızıl medallarını əldə eləsə, müqaviləsinin növbəti «futbol ili»nə aid hissəsi avtomatik qüvvəyə minəcək.

Bunların heç biri olmasa, oyun tərzinə qiymət veriləcək - komanda gələcəyə ümid yaradırmı, yaratmırmı.

İlk iki şərti buraxıram zamanın öhdəsinə, nə qalıb e, 3 ay. «Neftçi»nin nümayiş etdirdiyi futbolun məzmunu yoxdur, fikrimcə, Bojoviç ən çox bundan narahat olmalıdır.

Təbii ki, gələn sezonu da Azərbaycanda qarşılamağı həqiqətən ürəyindən keçirirsə, arzulayırsa.

Bəxt elə bir şeydir ki, hər oyunda köməyə gəlmir. Bojoviç «Neftçi»yə hansı üslubu aşılamaq, onun əsasında «baza» qurmaq istəyir, bəndəniz hələ də onu görə, sezə, başa düşə bilmir.

Müdafiəyönümlü taktika Bojoviçi «Neftçi»də çox uzağa aparmayacaq. Hansı məşqçi bu yanaşmanın üzərində dayanıb, onun fəaliyyəti uzun çəkməyib.

«Neftçi» həmişə «bir nömrə»ylə oynamalıdır. Bunu bacaracaq futbolçuları çoxdur Bojoviçin. Amma baş məşqçi nədənsə çəkinir, o stimulu yaratmır onlarda.

O futbolu ki «Neftçi» tərəfdarı istəyir, Bojoviç də oyunçusundan onu tələb etməlidir.

«Məmmədağa, vur qabağa, nə olar, olar» dövrü çoxdan keçib ey!

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"