“Neftçi”dən təklif aldı, Türkiyə klubundan ayrıldı

13 İyul 2024 00:30 Neftçi 967
“Neftçi”dən təklif aldı, Türkiyə klubundan ayrıldı

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Kocaelispor”dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

28 yaşlı forvardın komandanın düşərgəsini tərk etdiyi bildirilib.

Onun “Neftçi” ilə anlaşdığı, yaxın günlərdə müqavilə imzalayacağı iddia edilib.

Ramil Şeydayev bu ilin əvvəlindən “Kocaelispor”da çıxış edirdi.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?