COP29

Bilin ki... "Neftçi"nin başına gətirilən mötəbər şəxs kimdir?

25 May 11:40 Neftçi 4 633
Bilin ki... "Neftçi"nin başına gətirilən mötəbər şəxs kimdir?

«Neftçi»nin Müşahidə Şurasının yeni sədrinin kimliyi artıq məlumdur.

Sportinfo.az həmin şəxsin kimliyini dünən eksklüziv olaraq ictimaiyyətə açıqlayıb (https://www.sportinfo.az/idman_xeberleri/neftci/7975.html).

Murad Heydərov Rövşən Nəcəfdən boşalan posta gətirilib. Yaxın günlərdə bu təyinat rəsmən açıqlanacaq.

Aprelin 2-də AFFA-nın prezidenti seçilmiş R.Nəcəfi əvəzləyəcək bu şəxsin tərcümeyi-halı barədə internet resurslarında geniş məlumat yoxdur.

Bilinən odur ki, o. 2023-cü ilin aprelində SOCAR-ın Bolqarıstanda yeni açılmış ofisinə rəhbər təyin olunub.

“SOCAR Balkan” şirkətinin icraçı direktoru vəzifəsini yerinə yetirən M.Heydərov bir müddət SOCAR-ın prezidenti Rövnəq Abdullayevin müşaviri postunu tutub.

O, həmçinin TAP konsorsiumunun Direktorlar Şurasının sədri işləyib.

«Neftçi»nin yeni patronunun futbola bağlılığı da var. 2016-cı ildə AFFA-nın nəzdində Apellyasiya Arbitraj Tribunalının üzvü kimi fəaliyyət göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!