Sabiq "Qarabağ"lı "Neftçi" ilə anlaşan legioneri təriflədi: "İstəkli və lider futbolçudur"

24 May 2024 02:10 Neftçi 4 670
Sabiq "Qarabağ"lı "Neftçi" ilə anlaşan legioneri təriflədi: "İstəkli və lider futbolçudur"

Kosovo "Ballkani"sindən ayrılan Edvin Kuç "Neftçi"yə keçməyə hazırlaşır.

Onun yeni mövsümdən "ağ-qaralar"ın formasını geyinəcəyi gözlənilir.

"Ballkani"nin əsas rəqiblərindən olmuş "Drita"nın məşqçilər korpusunda "Qarabağ"ın keçmiş futbolçuları yer alıb.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun sabiq legioneri, Kosovo klubunun məşqçisi Sedat Saini sportal.az-a açıqlamasında monteneqrolu haqda danışıb:

"Edvin Kuçu yaxşı tanıyıram. Mübariz, motivasiyalı, istəkli futbolçudur.

İlk dəqiqədən son saniyəyə qədər meydanda işləyir və mübarizədən qopmur. Meydançada lider futbolçudur.

"Neftçi”yə faydalı olacağını düşünürəm. Təbii ki, hər bir komandaya gələn yeni oyunçuya zaman lazım olduğunu da hamımız bilirik.

Edvin son üç mövsümdə “Ballkani” komandası ilə çempionluq qazanmış futbolçudur. Bu mövsüm Konfrans Liqasında qruplarda oynadılar.

Həmin təcrübəsini “Neftçi”yə də yansıdacaq. Kosovo liqası ildən-ilə inkişaf edir və istedadlı futbolçuları olan liqadır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti