“Neftçi”də gərginlik: Qriqorçuk qəzəbləndi - Bu klubun neçə rəhbəri var?

13 Avqust 2024 18:00 Neftçi 4 959
“Neftçi”də gərginlik: Qriqorçuk qəzəbləndi - Bu klubun neçə rəhbəri var?

«Neftçi»nin baş məşqçisi Roman Qriqorçuk azarkeşlərə qəzəblənib.

Premyer Liqanın ikinci turu çərçivəsində «Səbail»lə keçirilən matçdan (1:1) sonra baş verən hadisə ukraynalı mütəxəssisin ciddi narazılığına səbəb olub.

Belə ki, fanatların Emin Mahmudovun əvəzlənməsini tələb etməsi, Ervin Koffinin təhqir olunması çalışdırıcını özündən çıxarıb.

O, bu məqsədlə klub rəsmiləri ilə ayaqüstü toplantı keçirib.

Qriqorçuk fanatlarla bağlı tədbir görülməsini tələb edib. Bildirib ki, komandanın əleyhinə kampaniya aparılır.

Həmin görüşdə iştirak eləyən funksionerlərdən biri isə «Müşahidə Şurasından bizə deyilib ki, azarkeşlərlə heç kimi nişi olmasın, onlara nəsə deməsin» söyləyib.

Aldığı cavab Qriqorçuku təəccübləndirib. Çalışdırıcının reaksiyası kəskin olub:

«Bu klubun neçə rəhbəri var? Məni onlarla görüşdürün, sözümü deyim. Belə klub idarə olunmaz».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular