“Biz onu digər namizədlər arasında nəzərdən keçiririk, məqsəd ən yaxşı variantı tapmaqdır"

13 Avqust 2024 12:00 Neftçi 945
“Biz onu digər namizədlər arasında nəzərdən keçiririk, məqsəd ən yaxşı variantı tapmaqdır"

“Betis”in idman direktoru Manu Fajardo “Barselona”nın hücumçusu Vitor Rokenin mümkün transferi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi braziliyalı futbolçunu digər namizədlər arasında nəzərdən keçirdiklərini bildirib:

“Vitor Roke? Biz onu digər namizədlər arasında nəzərdən keçiririk.

Məqsədimiz ən yaxşı variantı tapmaqdır. Vitorla bağlı qabaqcıl danışıqlar aparmırıq”.

Vitor Roke bu ilin əvvəlində 40 milyon avroya “Atletiko Paranaense”dən “Barselona”ya keçib.

19 yaşlı forvard Kataloniya klubunun start heyətində möhkəmlənə bilməyib, ona görə də, oyun praktikası üçün icarəyə verilə bilər. Onun mümkün satışı ilə bağlı da müzakirələr gedir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş