“Neftçi”dən yarım milyon avro alacaq – Dünən gələn

13 Avqust 2024 11:40 Neftçi 3 158
“Neftçi”dən yarım milyon avro alacaq – Dünən gələn

“Neftçi”nin dünən daha bir transferi rəsmiləşdirməsindən xəbərdarsız.

"Fğ-qaralar" portuqaliyalı Rafael Quzzo ilə anlaşıb.

6 nömrəli formanı geyinəcək 29 yaşlı degionerlə 2 illik müqavilə bağlanıb.

Onun keçidi bakılılara aşağı məbləğə başa gəlməyib. Yarımmüdafiəçi Azərbaycanda yaşayacağı iki il ərzində 500 min avro civarında pul qazanacaq.

Yarımmüdafiənin mərkəzi ilə yanaşı, hücumameylli və dayaq yarımmüdafiəçisi kimi oynamağı bacaran Quzzo Portuqaliyanın müxtəlif, həmçinin 21 yaşlılardan milli komandalarının üzvü olub.

“Benfika”nın B komandasında, həmçinin bu ölkənin “Şaves”, “Tondela”, “Famalikan” klublarında çıxış etmiş futbolçu ölkəsinin yüksək liqasında 100-ə yaxın oyun keçirib.

O, İspaniya 2-ci La Liqasında və Braziliya A Seriyasında da oynayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...