"Neftçi" azarkeşləri etiraz etdi, Şeydayev öz səhvini düzəltdi - FOTOLAR

12 Avqust 2024 19:20 Neftçi 3 910
"Neftçi" azarkeşləri etiraz etdi, Şeydayev öz səhvini düzəltdi - FOTOLAR

"Neftçi" azarkeşlərinin Ramil Şeydayevlə bağlı narahatlığı aradan qalxıb.

Daha əvvəl xəbər verdiyimiz kimi, forvardın "Neftçi"yə transferindən günlər sonra belə sosial şəbəkə hesablarındakı profil şəkilini sabiq komandası "Qarabağ"ın formasında olan görüntüsü bəzəyirdi.

Bu mənzərə "ağ qaralar"ın azarkeşlərini pərişan etmişdi.

Fanatlar həm klub rəsmilərinə, həm də futbolçunun özünə bunun doğru addım olmadığını çatdırmışdılar.

Nəhayət, tərəfdarların etirazı öz bəhrəsini verib.

Şeydayev bir qədər gec olsa da profil şəklini "Neftçi" formasındakı fotosu ilə əvəzləyib.

Xatırladaq ki, "Neftçi" ötən mövsümü "Kocelispor"da keçirən forvardla yayda 3 illik anlaşma imzalayıb.

O, burada 90 nömrəli forma altında çıxış edir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?