“Neftçi”nin legioneri “od püskürdü”: “Sözlərim kimlərinsə xətrinə dəyəcək”

10 Avqust 2024 14:00 Neftçi 4 348
“Neftçi”nin legioneri “od püskürdü”: “Sözlərim kimlərinsə xətrinə dəyəcək”

“Meydana 3 xal üçün çıxmışdıq. Odur ki, qeydə alınan nəticə bizi razı sala bilməz”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin müdafiəçisi Yuri Matias deyib.

Premyer Liqanın açılış turunda “Neftçi Arena”da “Turan Tovuz”u qəbul edən “ağ-qaralar” rəqibin müqavimətini qıra bilmədi.

Hər iki komandanın qol şansları olsa da, qapıların torunu silkələyən tapılmadı.

Braziliyalı müdafiəçi hədəfə çata bilməmələrinin səbəbi kimi qazonun vəziyyətini göstərib:

“Bəlkə də sözlərim kimlərinsə xətrinə dəyəcək. Amma bunu deməyə məcburam.

Bu meydança futbol oynamaq üçün deyil. Təlim-məşq toplanışında olduğumuz 1 ay ərzində normal otun üzərində hazırlaşmışıq, yoldaşlıq görüşləri keçirmişik, baş məşqçinin bizdən nə istədiyini anlamışıq.

Oyun üslubumuz topla rəftar etmək, ötürmələrə üstünlük verməkdir. Ancaq bu cür örtükdə futbol oynamaq mümkün deyil.

İki ay əvvəl otun vəziyyəti yaxşıydı, ümid edirdik ki, çempionatın startında daha yaxşı olacaq.

Qazonun bu vəziyyətdə olması bu gün rəqibin xeyrinə işlədi. Biz isə istədiyimiz futbolu oynaya bilmədik”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti