Mahir imzanı atandan sonra: "Şüurlu şəkildə bu ölkəyə köçməyə qərar verdim”

6 Avqust 2024 22:40 Neftçi 1 055
Mahir imzanı atandan sonra: "Şüurlu şəkildə bu ölkəyə köçməyə qərar verdim”

"Tezliklə meydana qayıtmaq üçün əlimdən gələni edəcəm".

Sportinfo.az xəbər verir ki, bunu Almaniya təmsilçisi "Nürnberq"ə keçidi rəsmiləşən Azərbaycan millisinin futbolçusu Mahir Emreli klubun rəsmi saytına açıqlamasında deyib.

"Şüurlu şəkildə bu ölkəyə köçməyə qərar verdim. Son bir neçə gün ərzində ərazi və ətraf haqqında yaxşı təəssürat əldə edə bildim.

Tez sağalmağım üçün klubda hər cür şərait mövcuddur. "Nürnberq"də çıxış edəcəyim vaxtı səbirsizliklə gözləyirəm", - deyə 27 yaşlı hücumçu bildirib.

Mahir Emreli II Bundesliqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”