«Neftçi» yeni oyunçu ilə anlaşıb.
«Ağ-qaralar» bu dəfə qapı xətinə «əl gəzdirib».
Paytaxt təmsilçisi Ruslan Samiqullini «Sabah»dan icarəyə götürüb. Gənclər yığmasının da formasını geyinən kiper birillik icarəyə götürülüb.
Roman Qriqorçuku görəvə gətirmiş «Neftçi» bu yay 2 qapıçısı ilə vidalaşıb.
Xroniki zədələrdən əziyyət çəkən Aqil Məmmədov karyerasını 35 yaşında bitirmək məcburiyyətində qalıbsa, xorvatiyalı İvan Brkiç Polşada «Motor»la müqavilə imzalayıb.
SPORTİNFO.AZ