“Qarşılaşma çətin alındı.
“Turan Tovuz” yaxşı müdafiə olunurdu, sona qədər rəqib müdafiəsini yarmaq mümkün olmadı.
Təəssüf ki, lazım olan qolu vura bilmədik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Kilan Lebon Premyer Liqanın ilk turunda “Turan Tovuz”la bərabərə (0:0) qaldıqları oyun barədə danışarkən deyib.
Ərzurum toplanışında yoxlama oyunlarında ardıcıl iki qələbə qazanan “Neftçi” çempionata heç-heçə ilə start verdi.
Fransız yarımmüdafiəçi bunun səbəbini belə izah edib:
“Hazırlıq oyunları ilə rəsmi matçlar eyni deyil. Çalışacağıq ki, təlim məşq toplanışında etdiklərimizi rəsmi görüşlərdə də təkrarlayaq.
“Turan Tovuz”la matçda tətbiq etmək istədiklərimiz bəzən alınırdı, bəzən yox”.