"Neftçi"nin baş məşqçisi dünən gələn forvardı bn gün təriflədi

31 İyul 2024 14:20 Neftçi 2 874
"Neftçi"nin baş məşqçisi dünən gələn forvardı bn gün təriflədi

"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk komandaya yeni transfer edilmiş Andrey Ştoqrin haqda danışıb.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən təcrübəli mütəxəssis həmyerlisi barədə bunları deyib:

"İnanıram ki, Andrey komandamız üçün vacib fiqur olacaq. O, bir neçə mövqedə oynamağı bacaran universal və ağıllı futbolçudur.

Ştoqrin həm hücumda, həm də müdafiədə eyni gücdə mübarizə apara bilir.

Taktiki planda çox savadlı, fiziki anlamda isə qüvvətlidir. Ona ümidlərimiz böyükdür”.

"Ağ-qaralar" "Çernomorets"də çıxış etmiş Ştorqinlə üç illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”