“Benfika”dan yarım milyona alınmış Maestro “Neftçi”yə gəlməkdən boyun qaçırdı

29 İyul 2024 20:20 Neftçi 3 228
“Benfika”dan yarım milyona alınmış Maestro “Neftçi”yə gəlməkdən boyun qaçırdı

“Adana Demirspor”un futbolçusu Maestro “Neftçi”yə keçməkdən imtina edib.

Tam adı Antono Simao Muanza olan yarımmüdafiəçi bakılıların təklifini geri çevirib.

Sportinfo.az xəbər verir ki, ilin əvvəlində Türkiyə klubuna keçən anqolalı üçün bakılılar yaxşı transfer haqqı təklif edib. Adanalılar maliyyə problemləri üzündən 20 yaşlı liberonu göndərməyə hazır imiş.

Amma “Benfika”nın B komandasından yarım milyon avroya alınmış futbolçu Azərbaycana yollanmaqdan boyun qaçırıb.

Maestronun Türkiyə klubu ilə iki illik müqaviləsi var. O, bu ölkədə qalmaq, daha sonra Avropaya yollanmaq niyyətindədir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”