"Neftçi" Norveç millisinin vingerinə təklif göndərdi - SON DƏQİQƏ

27 İyul 2024 14:40 Neftçi 7 140
"Neftçi" Norveç millisinin vingerinə təklif göndərdi - SON DƏQİQƏ

«Neftçi» heyətini gücləndlirməkdə davam edir.

Buna kimi 4 transfer etmiş «ağ-qaralar» daha bir legionerlə danışıqlar aparır.

Mikael İnqebriqtsenin yaxın günlərdə paytaxt təmsilçisinin düşərgəsinə gəlmək ehtimalı var.

Onun 28 yaşı var və vinger mövqeyində çıxış edir. Norveçli ölkəsinin U-15, U-16, U-18, U-19 və U-21 yığmalarının formasını geyinib.

Yerli «Tromse»nin yetirməsi 2014-2017-ci illəri buradav keçirib. Daha sonra «Göteborq»a keçib.

2018-ci ildə geri qayıdıb və 3 il yenə «Tromse»nin şərəfini qoruyub. 2022-ci ildən bəri «Odds»un uğurları üçün tər töküb.

Roman Qriqorçuku baş məşqçi postuna gətirən «Neftçi» geridə qalan fasilə müddətində 4 transfer əməliyyatı həyata keçirib.

Emil Səfərov, Edvin Kuç, Ramil Şeydayev və Robert Bauerlə müqavilə imzalanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti