“Neftçi” 8 qol vuran universal oyunçunu transfer edir?

26 İyul 2024 01:20 Neftçi 5 908
“Neftçi” 8 qol vuran universal oyunçunu transfer edir?

“Neftçi” transfer çalışmalarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, tezliklə “ağ-qaralar”ın sıralarına yeni əcnəbi futbolçu cəlb olunacaq.

Söhbət “Çernomorets”in (Odessa) ukraynalı cinah oyunçusu Andrey Ştoqrindən gedir.

25 yaşlı futbolçunun “Neftçi”yə keçməyə yaxın olduğu bildirilir.

Ştoqrin ötən mövsüm 30 oyuna çıxıb, 8 qol vurub, 5 məhsuldar ötürmə edib. Onun “Çernomorets”lə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Ukraynalı həm sağ, həm sol cinah vingeri, həm də mərkəz hücumçusu mövqeyində oynamağı bacarır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti