 
            Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan “Neftçi”nin Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Oruba" ilə yoxlama oyunu ləğv edilib.
Sportinfo.az Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna rəqibin matçdan imtina etməsi səbəb olub.
Əvəzində “Neftçi” ikitərəfli oyun keçirəcək.
Yerli “Alanyaspor” (3:1), “Sivasspor” (2:1) və “Ərzurumspor” (0:0) ilə sınaq matçında qarşılaşmış komanda toplanışı başa vuraraq sabah Bakıya qayıdacaq.

 
                 
                 
                 
                 
                    
.png) 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            