"Neftçi"nin vidalaşdığı oyunçu keçmiş klubuna döndü - FOTO

25 İyul 2024 14:20 Neftçi 973
"Neftçi"nin vidalaşdığı oyunçu keçmiş klubuna döndü - FOTO

"Neftçi"nin yollarını ayırdığı Dieqo Valdezin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi karyerasını ölkəsinin "Sol de Amerika" klubunda davam etdirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

D.Valdes ötən il avqustun sonunda “Neftçi"də oynayırdı. “Ağ-qaralar”ın heyətində 27 oyunda meydana çıxıb və 3 qol vurub.

O, Bakı təmsilçisində keçməmişdən əvvəl 2020-2021-ci illərdə icarə əsasında "Sol de Amerika"da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti